DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan
AzVision.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Elvin Bağırov, əvvəllər məhkum olunmuşlar Elçin Xeyirxəbərov və Tural Əliyev maddi sübutlarla birlikdə yaxalanaraq Kəpəz RPİ-nə gətirilib.
Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Qeyd edək ki, saxlanılan şəxlər mağazanın yerləşdiyi ticarət mərkəzində gözətçi işləyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az