Yeni qanun deputatlar arasında narazılıq yaradıb
Deputat Aytən Mustafayeva da buna etirazını bildirib: “Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”.
Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: “Bu gün leksikonumuza daxil olan elə sözlər var ki, onları başqa cür ifadə etməyə çətinlik çəkirik. “Tormoz” sözünü “Əyləc” sözü ilə necə əvəz etdiksə, zamanla bunları da dəyişəcəyik".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Qanun Əlil