Bakıdakı partlayışa görə vəzifəli şəxs həbs edilib

Hadisə nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olan müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib, çayxanada olan digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 №-li Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdiriliblər.
N.İbrahimov mayın 22-də xəstəxanada dünyasını dəyişib, Ş.İbrahimovanın isə müalicəsi hazırda davam etdirilir. Cinayət işi üzrə “Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: Prokurorluq Partlayış