Avtobus sürücüsü 25 qəpiyə görə döyülüb - VİDEO

Bu zaman salondakı sərnişinlərdən biri yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadın sərnişin yenə mübahisəsini davam etdirərək sürücüyə “sən mənə 25 qəpik borclusan” deyib. Sürücü də öz növbəsində bildirib ki, ödənişi edən oğlan ödəməyəydi.
Bundan sonra oğlan və dostları sürücü ilə mübahisə etməyə başlayıblar. Sürücü onları mübahisəni sonuncu dayanacaqda davam etdirəcəyi ilə bağlı hədələyib. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Hadisə şahidlərinin dediyinə görə, onlar marşrut hərəkətdəykən sürücüyə hücum ediblər. Sürücünün döyülməsinə digər sərnişinlər çətinliklə də olsa mane ola biliblər.
Dava zamanı avtobusun şüşəsi sındırılıb.
“BakuBus” MMC-dən bildirilib ki, sürücü artıq hüquq mühafizə orqanlarına müraciət edib. Fakt araşdırılır. (Xəzər TV)
AzVision.az