Qaçırdığı maşınla qəza törətdi

Qaçırdığı maşınla qəza törətdi
  23 May 2018    Oxunub:1697
Mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılmış və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, nəticədə xəsarət alan olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti