Xaçmazda evdən oğurluq edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu torətməkdə şübhəli bilinən şəhər sakini Fərid Bayramov və Həsənqala kənd sakini Tahir Şahnəzərov saxlanılıblar.
Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edən hər iki şəxs gecə saatlarında pəncərəni daşla sındıraraq daxil olduqlarını, oradan dəyəri 1000 manat olan 1 ədəd kombi istilik sistemi və 4 ədəd hər birinin dəyəri 230 manat olan taxta qapı oğurladıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az