32 yaşlı Gülnaz itkin düşüb - FOTO

32 yaşlı Gülnaz itkin düşüb - FOTO
  23 May 2018    Oxunub:2726
Oğuz rayonu sakini, 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyədək geri qayıtmayıb.
Bu barədə AzVision.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İtkin düşən qadının əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, (055) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər: DİN   Oğuz   Qadın  





Xəbər lenti