Gömrükçülər külli miqdarda araq müsadirə edib

Gömrükçülər külli miqdarda araq müsadirə edib
  23 May 2018    Oxunub:1950
Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.
DGK-dan AzVision.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.

Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Araq   DGK  





Xəbər lenti