Sumqayıtda 30-dan çox ev işıqsız qaldı

Qurum bildirir ki, qüvvədə olan qanuna əsasən fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri tərəfindən təmin olunur. Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC tərəfindən təmin olunur.
AzVision.az