Cibgirlik edən keçmiş məhkumlar tutulub

Araşdırmalarla onun Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Hakim Quluyev olduğu müəyyən edilib. A.Məhərrəmova məxsus mobil telefon və həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.
Mayın 23-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini T.İbadovun cibindən 35 manatı oğurlamaqda şübhəli bilinən şəxs isə ərazidə xidmət aparan 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb.
Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramal Camalov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az