Sumqayıtda satıcı müdirini qətlə yetirib

Sumqayıtda satıcı müdirini qətlə yetirib
  25 May 2018    Oxunub:1579
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazisində, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.O ,Sumqayıt şəhər təcili tibbi yardım şöbəsinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Report)

AzVision.az


Teqlər: Sumqayıt   Qətl  





Xəbər lenti