AzVision.az FHN-ə istinadən xəbər verir ki, Quba rayonu, Zərdabi kəndində ümumi sahəsi 84 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.