İtkin düşən məktəbli tapıldı - VİDEO

Uşağın tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Röyalın tapılmasında hadisənin ictimailəşdirilməsi mühüm rol oynayıb. Evdən qaçaraq Sumqayıta gedən Röyal burada kafelərin birində işə düzəlib. Obyekt sahibi işə götürdüyü oğlanın axtarışda olduğunu xəbər saytlarından bilib və onu dərhal evlərinə göndərib.
Uşağın babası deyir ki, nəvəsinin psixologiyasına kompüter oyunları təsir edib. Məktəbli oyunlara o qədər aludə olub ki, internet klublarda nisyə oynamağa başlayıb.
Qeyd edək ki, 9 il əvvəl atasını itirən Röyal Ələkbərov ailənin yeganə övladıdır. (Xəzər TV)
AzVision.az
Teqlər: Məktəbli