Polisi silahla hədələyən şəxs tutuldu - FOTO

Polisi silahla hədələyən şəxs tutuldu - FOTO
  26 May 2018    Oxunub:5174
Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyıb.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək Şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.





AzVision.az


Teqlər: DİN   Astara  





Xəbər lenti