Salyan sakinindən sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərəbqardaşbəyli kənd sakini, əvvəllər məhkum olunmuş Əli Səfərovun evindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.