Şirvanda 62 yaşlı müəllimə itkin düşüb - FOTO

Şirvanda 62 yaşlı müəllimə itkin düşüb - FOTO
  26 May 2018    Oxunub:5016
Şirvan şəhər sakini itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən məlumata görə, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-də dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara ətək və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər: DİN   Şirvan  





Xəbər lenti