Binəqədidə ev, Suraxanıda mağaza yanıb

Binəqədidə ev, Suraxanıda mağaza yanıb
  27 May 2018    Oxunub:1727
Ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m2 sahədə ev əşyaları yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakının Suraxanı rayonunda isə ümumi sahəsi 11 m² olan mağazanın giriş qapısı qismən yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti