Köməksiz qalan 2 azyaşlı xilas edilib

Köməksiz qalan 2 azyaşlı xilas edilib
  27 May 2018    Oxunub:1684
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Naftalan şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN  





Xəbər lenti