Çaylarda sululuq səviyyəsi azalıb

Çaylarda sululuq səviyyəsi azalıb
  28 May 2018    Oxunub:1232
Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 505 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 171 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 21 sm artım, Şirvanda 2, Salyanda 4 sm azalma qeydə alınıb, lakin Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2017-ci il mayın 25-də 388 sm), Şirvanda 121 sm (2017-ci il mayın 25-də 255 sm), Salyanda 37 sm (2017-ci il mayın 25-də 182 sm), Bankədə 167 sm (2017-ci il mayın 25-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 16 sm (2017-ci il mayın 25-də 92 sm) təşkil edib.

AzVision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti