İki gündə 188 cinayət törədilib - Kriminal xronika

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
AzVision.az