Yolu keçən piyadanı maşın vurub

Yolu keçən piyadanı maşın vurub
  28 May 2018    Oxunub:1431
Bakıda yolu keçən kişini maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 27-də saat 21 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İman İmanov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti