Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  28 May 2018    Oxunub:1591
Külli miqdarda narkotik aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 24-nə keçən gecə Hacıqabul rayonundakı quşçuluq şirkətlərinin birinin həyətindəki elektrik transformatorunun mis sarğılarının kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

​Məlumatla əlaqədar əməliyyat-axtarış təsdbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Ağacanlı kənd sakini, əvvəllər məhkum olunmuş Sahib Ələkbərov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Tədbirlərin davamı olaraq ona məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, 95 qram marixuana və 186 ədəd çətənə toxumu aşkar edilərək götürülüb.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yardımlı rayon sakini Dilqəm Qarayevdən isə 455 qram tiryək və 15 qram heroin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti