Mayın 28-də saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Babək Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq Yusifovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.