Bakıda nüfuzli Beynəlxalq Konfrans keçiriləcək

Bu konfrans 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən İFAC-ın Azərbaycanda keçirdiyi ikinci tədbirdir. Hələ 1980-ci il 2-6 aprel tarixlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində İFAC-ın toplantısı keçirilmiş, bu toplantıda Bolqarıstan, Macarıstan, Almaniya Federativ Respublikası, Almaniya Demokratik Respublikası, Niderland, İtaliya, Kanada və digər ölkələrin alimləri iştirak ediblər.
8-ci beynəlxalq konfransda İFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti Frank Allgoverin də iştirakı nəzərdə tutulur.
Konfransa məqalələrin və digər elmi materialların qəbulunun son günü 6 iyun 2018-ci ildir. Məqalələr anonim rəy prosesindən sonra seçiləcək və Konfransa məruzə edildikdən sonra Sciencedirect bazasında yayımlanacaq.
Konfrans və məqalələrin təqdim edilməsi qaydaları barədə geniş məlumatı www.tecis18.org saytından əldə etmək mümkündür.
Teqlər: #TECIS2018