Sabirabad rayonunda ümumi sahəsi 96 m2 olan (tikintisi başa çatmamış) birmərtəbəli 4 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı 60 m2 sahədə və ev əşyaları qismən yanıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.