Keçmiş məhkum oğurluq edib

Bu zaman mənzildən və həyətdən müxtəlif növ tikinti materialları, o cümlədən 2 plastik qapı, 1 ədəd lagonda və drel, 1 ədəd su nasosu, 200 litrlik su çəni, 30 metrlik dəmir boru, 36 kisə sement və məişət avadanlıqları oğurlanaraq ev sahibinə xeyli miqarda maddi ziyan vurulduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən oğurluğu torətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Nəsirullayev saxlanılıb. Araşdırma zamanı o, törətdiyi cinayəti etiraf etmişdir. Oğurladığı tikinti materiallarının bir qismi maddi sübut kimi ondan götürülüb. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az