Ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir

Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və ötən ilin axırlarında Milli Məclisdə tütündən istifadə edilməsini məhdudlaşdıran qanun qəbul olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.
Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərli
təsirindən xəbərsizdir. Hazırda həmin asılılıqdan xilas olmağın müxtəlif üsullarla müalicəsi var və istənilən yaşda ondan imtina etmək mümkündür.
AzVision.az
Teqlər: Siqaret