Qazaxa qonaq gedən məktəbli çayda batıb

Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gedibmiş. (Report)
AzVision.az