Azərbaycanda yaşı 90-ı keçənlərin sayı artıb

Ölkədəki uzunömürlülərin çoxu Yuxarı Qarabağ iqtisadi rayonunun - Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndinin payına düşür.
2013-cü ildə bu rayonların sakinlərindən 1628-i yaşı 90 və daha yuxarı olduğu halda, 2017-ci ildə bu say 2887 nəfərə çatıb.
Ötən il Bakıda 2051, Aran iqtisadi rayonunda 1663, Gəncə-Qazax iqtisadi rayonunda 1610, Naxçıvan Muxtar Respublikasında 593, Kəlbəcər-Laçın iqtisadi rayonunda 575, Şəki-Zaqatala iqtisadi rayonunda 537, Lənkəran iqtisadi rayonunda 515, Quba-Xaçmaz iqtisadi rayonunda 483, Dağlıq Şirvan iqtisadi rayonunda 472, Abşeron iqtisadi rayonunda 434 nəfər 90 və daha yuxarı yaşda olan insan qeydə alınıb. (Trend)
AzVision.az
Teqlər: Statistika Yaş