Narkotik satan müəllim həbs edilib

Fakta görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanıb.
Ş.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az