Hacıqabulda avtobus qəzası - 18 nəfər yaralanıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova hadisə zamanı 18 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, xəsarət alanlar Şirvan və Hacıqabul rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Nazirlik rəsmisi qeyd edib ki, yaralıların vəziyyəti ağır deyil.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
AzVision.az
Teqlər: Hacıqabul Qəza Avtobus