İki qardaş birlikdə oğurluq edib

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 30-da Gəncə şəhər sakini R.Yusifova məxsus “VAZ-2106” markalı avtomobildən 200 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla şəhər sakini olan, əvvəllər məhkum olunmuş Atəş Paşayevin digər cinayət əməllərinin də üstü açılıb. Onun mayın 22-də şəhər ərazisində daha 2 avtomobildən pul, maqnitofon, videoqeydiyyat qurğusu və 15 litr yanacaq oğurlaması da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az