Çayda köməksiz qalan 4 nəfər xilas edilib

Çayda köməksiz qalan 4 nəfər xilas edilib
  02 İyun 2018    Oxunub:1421
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN   Ağsuçay  





Xəbər lenti