Sel Göyçay körpüsünü dağıtdı, 30 kəndlə əlaqə kəsildi

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Nəticədə yüzlərlə avtomobil yolda qalıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.
Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədirlər.
Bakı-Şamaxı-Yevlax avtomobil yolundan 15-dən çox rayonun sakinləri mütəmadi istifadə edir.
Xatırladaq k ki, çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb. (AzərTAc)
AzVision.az