Göyçayda təhlükə - 5 ailə köçürüldü

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Göyçay rayon İcra Hakimiyyətində keçirilən rayon fövqəladə hallar komissiyasının iclasında bildirilib.
İclasda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə aidiyyati qurumların rəhbərlərinə çay ətrafında yaşayan insanların, asma piyada körpüsündən keçən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, kəndlərin və rayon mərkəzinin rabitə, internet, təbii qaz, içməli su ilə təminatının bərpa edilməsi, şəhərdəki tullantılarının vaxtında daşınması, kəndlərlə şəhər arasındakı nəqliyyat probleminin həll edilməsi və gediş-gəlişin müvəqqəti olaraq Ucar ərazisindən təmin edilməsi, ərzaq məhsullarının çatdırılması, əkin sahələrinin və meyvə bağlarının Göyçay çayı vasitəsilə suvarılmasının bərpası ilə bağlı tapşırıqlar verib. Bütün işlərlə bağlı rayon icra hakimiyyətində yaradılan xüsusi qərargaha məlumat verilməsi tövsiyə olunub.
AzVision.az
Teqlər: Göyçay