“Cəfər Cabbarlı” gəmisi istismara qaytarıldı

Gəminin baş və köməkçi mühərrikləri, əsas və yardımçı sükan qurğuları, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.
Bundan başqa, gəminin bütün maşın və mexanizmlərinə baxış keçirilib, anbarları modernizasiya edilib, ikinci gövdə qatı tikilib.
Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib, əksər boru sistemləri dəyişdirilib. Təmirdən sonra gəmi dəniz sınağından keçirilib. Sınaq uğurla başa çatıb və gəmi istismara qaytarılıb.
Xatırladaq ki, “Cəfər Cabbarlı” quru yük gəmisinin uzunluğu 123.50, eni 15 metr, maksimal sürəti 11.7 uzeldir.
AzVision.az
Teqlər: Gəmi