Yevlaxda 6 il əvvəl baş verən cinayətin üstü açılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Məhərrəm Aslanovun ətrafında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2012-ci ildə rayon ərazisindəki evlərin birindən 6050 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.