AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a Zaqatala rayon fövqəladə hallar komissiyasından məlumat verilib. Qurumdan bildiriblər ki, Zaqataladan 24 kilometr cənubda qeydə alınan yeraltı təkanlar nəticəsində 2012-ci ilin mayında baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş bəzi köhnə tikililərdə, həyətlərin hasarlarında xırda çatlar əmələ gəlib.
Zaqatala və ətraf rayonların icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları baş vermiş zəlzələ ilə bağlı kənd ərazi icra nümayəndəlikləri ilə müntəzəm əlaqə saxlayırlar.
AzVision.az