Zəlzələ Qaxda fəsadlar törədib, bir nəfərin ayağı sınıb

Qax rayon icra başçısının I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tahir İsmayılov AzVision.az-a bildirib ki, ilkin məlumata əsasən, zəlzələ nəticəsində 5 fərdi yaşayış evində xırda çatlar yaranıb.
"Güllü kənd sakini Səbuhi Əliyevin fərdi yaşayış evinin yuxarı hissəsinin bir neçə yerində daş uçub. Eyni zamanda Qax şəhər sakini Gülər Durmuşzadə zəlzələ baş verəndə qaçmaq istəyərkən yıxılaraq ayağını sındırıb. Komissiya araşdırma aparır, dəymiş ziyan hesablanır”.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə zəlzələ olub.
Aytən Zəhra
AzVision.az