Qaxda zəlzələ bir neçə məktəbə ziyan vurub

Bildirilib ki,Marsan kənd tam orta məktəbinə daha çox zərər dəyib. “Belə ki, məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də dərin çatlar əmələ gəlib. Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir”.
Aytən Zəhra
AzVision.az