10 evdən oğurluq edən şəxs tutuldu

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər də məhkum olunmuş Emil Hümbətzadənin digər cinayət əməllərinin də üstü açılıb. Onun Yaşıldərə bağlar sahəsində daha 9 evdən pul, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyən edilib.
E.Hümbətzadənin cinayət yolu ilə əldə etdiyi əşyaları şəhər ərazisindəki metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Maddi subutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
AzVision.az