İstirahət günlərinin havası: Yağış, leysan olacaq

Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 9-da arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da arabir yağış yağacağı, iyunun 9-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 09-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 9-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.
AzVision.az