Xaçmazda 250 kq at əti aşkarlanıb

Avtomobildə aşkar edilmiş 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılmış ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Araşdırmalar zamanı ətin Xaçmaz şəhəri, M.F.Axundov 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olduğu müəyyən edilib. Avtomobildə aşkar olunan at ətləri müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
AzVision.az
Teqlər: