Bir gündə 4 ev yandı

Bir gündə 4 ev yandı
  09 İyun 2018    Oxunub:1335
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 m² sahədə, Cəlilabad rayonunda ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının döşəməsi 2 m² sahədə, 1 ədəd divan və taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində fermanın ərazisində ümumi sahəsi 24 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb. Yaşayış evlərinin qalan hissəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti