Ötən gün respublikanın avtomobil yollarında baş verən qəzaların statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.