Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il fevralın 18-dən iyunun 2-dək olan müddətdə Gəncə şəhər sakinlərinə məxsus 3 avtomobildən akkumulyator, habelə 2 həyətyanı sahədən su mühərriki və 12 ev quşu oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb.