Lənkəranda külli miqdarda narkotik aşkarlanıb

Lənkəranda külli miqdarda narkotik aşkarlanıb
  09 İyun 2018    Oxunub:1576
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Qumbaşı kənd sakini Ruslan Hüseynova məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 77 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti