Saatlıda 21 nəfər kimyəvi maddədən zəhərlənib

Saatlıda 21 nəfər kimyəvi maddədən zəhərlənib
  11 İyun 2018    Oxunub:1955
Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.
Hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb. Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Saatlı   Zəhərlənmə   Pambıq  





Xəbər lenti