AzVision.az FHN-ə istinadən xəbər verir ki, Neftçala rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.