Fermada çətənə yetişdirən şəxs tutulub

Fermada çətənə yetişdirən şəxs tutulub
  11 İyun 2018    Oxunub:1424
Daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az- a verilən xəbərə görə, Sabirabad RPŞ-nın əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

AzVision.az


Teqlər: DİN   Çətənə  





Xəbər lenti